hemle

Pərvizdən Rəşad Dağlı ilə bağlı PAYLAŞIM: "Ağlımın ucundan da keçməzdi ki... - FOTO

Tarix:9-11-2022, 14:49
Baxış Sayı:192

Məşhur meyxanaçı Pərviz Bülbülə Rəşad Dağlı ilə bağlı paylaşım edib.

Meyxanaçı Rəşad Dağlının şəklini paylaşaraq yaşanan hadisənin onun üçün gözlənilməz olduğunu qeyd edib:

"Ağlımın ucundan da keçməzdi ki,səninlə paylaşdığım şəkilin şərhində "Allah fərəc versin yazaram.Allah qapını açsın, şair...".

Qeyd edək ki, bu gün səhər saatlarında tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirib. Meyxanaçı qətli törətdikdən sonra özü polisə təslim olub. Sfera.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Rəşad Dağlı polisə verdiyi ifadədə aralarında məişət zəminində mübahisə baş verdiyini bildirib və qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətdiyini etiraf edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı