hemle

“Əliyevlə Paşinyan sülh müqaviləsini Tbilisidə imzalayacaq” - Erməni KİV

Tarix:3-11-2022, 11:43
Baxış Sayı:113

“Gürcüstanda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşə, eləcə də sülh dövrünün başlamasından xəbər verən sənədin imzalanmasına hazırlıq gedir”.

hemlemedia.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Ermənistanın “Hraparak” qəzeti yayıb.

“Bu sənədin imzalanması Ermənistanın rəsmi və yekun olaraq Qarabağdan imtina etməsi demək olacaq. Qarabağ erməniləri isə Ermənistan vətəndaşlığından və maliyyələşdirilməsindən məhrum olacaqlar. Ermənistan bununla yalnız xeyriyyə və sosial xarakterli layihələrin həyata keçirilməsi hüququna malik olacaq”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Qarabağın erməni əhalisinin iki seçimi olacaq – ya Azərbaycan vətəndaşlığını qəbul edərək yaşayış yerləri üzrə yaşamağa davam edirlər, ya da Ermənistan vətəndaşları olaraq Qarabağı tərk edirlər: “Azərbaycan tələb edir ki, 1992-ci ilə qədər azərbaycanlıların yaşadığı yaşayış məntəqələri Ermənistanın nəzarəti altından çıxarılsın. İlk olaraq, bu, Xocalıya aiddir. Xocalıya giriş Şuşa və ya Laçına olduğu kimi simvolik olacaq”.

“Rusiyalı sülhməramlılara gəldikdə isə, erməni əhalinin bir hissəsinin getməsindən və digər bir hissəsinin Azərbaycan vətəndaşlığını qəbul etməsindən sonra onların regionda mövcudluğu tamamilə mənasız olacaq. Azərbaycan qeyd edəcək ki, bunlar ölkə vətəndaşlarıdır və o, onların hüquq və təhlükəsizliyini sərbəst şəkildə təmin edə bilər”, - deyə qəzet yazıb.

Digər xəbərlər
12:56 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
12:50 Alimlərdən qorxunc proqnoz - Həmin gün Xəzərdə...
12:47 Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır
12:42 Temperatur artır - Sabah 32 dərəcə isti olacaq
12:36 Lavrovdan amerikalı jurnalistə istehza: Prezidentə inanmırsan?
12:30 DİN vətəndaşlara çağırış etdi
10:05 Maaşlarla bağlı YENİLİK - Vətəndaşlar istənilən bankdan...
10:01 ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ