Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrand müsabiqəsində qalib olmuş “Əhalinin Maarifləndirilməsinə Mütəxəssislərin Dəstəyi” İctimai Birliyinin icra etdiyi “Əgər mən komandirəmsə” adlı filmin nümayişi, əsacən iki mərhələdə icra edilməsi nəzərdə tutulmuşdur. Layihə əsasən Saatlı rayonunda icra edilir. Birinci mərhələ Şəhid Anar Məmmədovun təhsil aldığı Qıraqlı tam orta məktəbdə onun xatirəsinə yazı müsabiqəsi keçirildi. Müsabiqədə iştirak etmək istəyən150 nəfər yuxarı sinif şagirdlərindən 54 nəfər seçilərək müsabiqəyə buraxıldı .Pedaqoji şuranın qərarı ilə Müsabiqə iştrakçılarindan 3-nəfər birinci, 3- nəfər ikinci, 3-nəfər üçüncü yerə laiq görüldülər. Foto-vido çəklişləri aparıldı. Qaliblər “Əgər mən komandirəmsə” adlı filmin diskləri ilə mükafatlandırıldı. Sonra disklər məktəbin Pedaqji kollektivinə paylandı.