hemle

Britaniyada milli matəm elan edildi: Tədbirlər təxirə salındı, himn və pul dəyişdirildi

Tarix:9-09-2022, 21:39
Baxış Sayı:176

Böyük Britaniyada sentyabrın 9-da bir gün əvvəl vəfat edən mərhum monarx üçün milli matəm başlayıb.

Böyük Britaniya hökuməti Kraliça II Yelizavetanın xatirəsinə matəmin hansı formada tətbiq ediləcəyi ilə bağlı tövsiyələr verib.

Kraliça II Yelizaveta sentyabrın 8-də 97 yaşında və hakimiyyətinin 71-ci ilində vəfat edib. O, Şotlandiyanın Balmoral qəsrindəki yay iqamətgahında dünyasını dəyişib.

Onun ölümündən sonra ilk oğlu, taxtın 73 yaşlı varisi Şahzadə Çarlz Britaniya monarxı olub. O, III Karl adı ilə taxta çıxıb.

Ölkə daxilində bir çox idman tədbirləri, o cümlədən futbol və kriket matçları ləğv edilib. İngiltərə Futbol Liqasının birinci divizionu olan Premyer Liqa həftəsonu keçiriləcək bütün matçların təxirə salınacağını açıqlayıb.

Dünyanın ən böyük musiqi tədbirlərindən biri olan “BBC Proms”un cümə günü buraxılışı da ləğv edilib.

Məzuniyyət gecələrinin son gecəsi, şənbə gününə planlaşdırılan möhtəşəm bağlanış konserti də ləğv edilib.

İngiltərə və Uelsdə kraliçanın ölümündən sonra nağd pulların dəyişdirilməsinə başlanacağı gözlənilir. Çünki İngiltərə Bankı tərəfindən buraxılan bütün əskinas və sikkələrdə mərhum monarxın portreti var.

Britaniya milli himninin sözlərinin də bu həftə sonu rəsmi olaraq dəyişdiriləcəyi nəzərdə tutulur. Belə ki, 1952-ci ildən bəri himnin mətnində “Kraliçanı qoru, Allah” (“God Save the Queen”) sətiri əksini tapır. Bu sətrin “Allah, Kralı qoru” olaraq dəyişdirilməsi düşünülür.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış