hemle

Qubadlı və Cəbrayılda yaşayış binaları tikiləcək - SƏRƏNCAM

Tarix:6-09-2022, 16:12
Baxış Sayı:169

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli Fərmanında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Qərara əsasən, bundan sonra publik hüquqi şəxs Zəngilan rayonu ilə yanaşı, Qubadlı və Cəbrayılda da əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərəcək.

Digər xəbərlər
21:54 Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb
21:53 İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
21:52 Xameneinin iqamətgahlarından biri raketlə vurulub
21:51 "WhatsApp"dan YENİLİK
21:49 “Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi
21:47 Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
21:44 Bakı-Naxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı
21:40 İsrail əməliyyata niyə bu adı verib? - Detallar