hemle

Separatçı rejim Azərbaycanın Xocalı və Malıbəylini tezliklə azad edəcəyindən xoflandı... - TƏFƏRRÜAT

Tarix:6-09-2022, 09:15
Baxış Sayı:153

Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiyanın nəzarəti altında qalmış hissəsində bəslənən separatçı-terrorçu rejim Xocalı şəhəri və Malıbəyli kəndinin Azərbaycana "təslim edilməsi" ilə bağlı "şayiə"ləri təkzib edib.

hemlemedia.az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Qondarma rejimin üzdəniraq "informasiya mərkəzi"nin məlumatına görə, son vaxtlar sosial şəbəkələrin erməni seqmentində guya Azərbaycan tərəfi ilə işğal dövründə "İvanyan" adlandırılan Xocalı şəhəri və "Stepanakert şəhərinin Açapnyak rayonu" adlanan Şuşa rayonu Malıbəyli kəndinin “təslim edilməsi” barədə razılaşmanın olması haqda şayiələr yayılıb.

Separatçı-rejim bu "şayiə"ləri təkzib edib və "əhalini narahat olmamağa" çağırıb.

Zəruri şərh:

Əlbəttə, Yuxarı Qarabağ, eləcə də Kəlbəcər, Ağdam, Tərtər rayonlarının bir sıra məntəqələri kimi, XX əsrin sonlarından bəri son 30-31 ildə Azərbaycan xalqının bağrında ən dərin yaralar açmış faicələrin yaşandığı Xocalı şəhəri və Malıbəyli kəndi də mümkün qədər tez Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmalıdır. Və təbii ki, həmin məntəqələrin dinc yolla qaytarılması üçün separatçı-terrorçu rejim heç vaxt danışıq tərəfi ola bilməz - uzaqbaşı Rusiya və Ermənistanla danışıqlar mümkündür...

Xatırladaq ki, Xocalı şəhərində və Şuşa rayonunun Xankəndindən 2-3 km məsafədə yerləşmiş Malıbəyli kəndində Şuşa, Hadrut və s. ərazilərdən köçmüş hayklar üçün binalar və həyət evləri tikilib və tikilməkdədir... Odur ki, Azərbaycan dövləti təcili tədbirlər görməlidir....

Digər xəbərlər
21:54 Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb
21:53 İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
21:52 Xameneinin iqamətgahlarından biri raketlə vurulub
21:51 "WhatsApp"dan YENİLİK
21:49 “Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi
21:47 Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
21:44 Bakı-Naxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı
21:40 İsrail əməliyyata niyə bu adı verib? - Detallar