hemle

Prokurorluq xəstəxanadakı əməliyyatla bağlı məlumat yaydı

Tarix:12-08-2022, 16:58
Baxış Sayı:203

Baş Prokurorluq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işinin başlanması barədə məlumat yayıb.

Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların sosial təminatı məsələləri ilə əlaqədar bir sıra öhdəliklərin yerinə yetirilməsi zamanı vəzifə saxtakarlıqlarına yol verilməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

İlkin əməliyyat tədbirləri ilə qeyd edilən tibb müəssisəsinin Pediatriya şöbəsinin həkim pediatrı Şükürov Emil Zakir oğlunun əlillik dərəcələrinin təyin olunması və pensiya təyinatı ilə əlaqədar ayrı-ayrı vətəndaşlara məxsus xəstəlik tarixçələri və digər tibbi sənədlərin həqiqi məzmununu təhrif edərək saxtalaşdırmasına, həmin sənədləri Xəstəxananın Həkim Məsləhət Komisiyasına təqdim etməsinə, bu yolla da onlara qanunsuz əsaslarla sosial müavinətin təyin edilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər halların aşkar edilməsi və qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq- əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ