hemle

"Zaporojjya AES-də vəziyyət nəzarətdən çıxıb"- MAQATE

Tarix:3-08-2022, 12:51
Baxış Sayı:247

Martın 4-də Rusiya hərbçiləri tərəfindən ələ keçirilən Zaporojjya Atom Elektrik Stansiyası nəzarətdən çıxıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, orada vəziyyət hər gün daha da ciddiləşir.

Bu barədə "Spectrum News" məlumat yayıb.

“Nüvə təhlükəsizliyinin bütün prinsipləri pozulub. Son dərəcə ciddi və təhlükəli bir məsələ var”, - deyən Qrossi Rusiya Federasiyasının tammiqyaslı işğalının əvvəlində stansiyanın yaxınlığında mərmi atışlarının olduğunu xatırladıb.

İndi rusların nəzarətindədir, amma hələ də orada ukraynalı işçilər var. Bu, münaqişələrə və zorakılığa gətirib çıxarır. Qrossinin sözlərinə görə, heyətlə əlaqə var, lakin bu, “qeyri-bərabərdir”.

MAQATE-nin baş direktoru onu da əlavə edib ki, AES-ə avadanlıq və ehtiyat hissələrinin tədarükü zəncirində fasilələr yaranıb: “Biz zavodun ehtiyac duyduğu hər şeyi aldığına əmin deyilik”.

Bundan əvvəl bildirilmişdi ki, ruslar müvəqqəti işğal altında olan Enerqodarda, Zaporojjya AES-in yaxınlığında böyük sursat anbarı tikməyi planlaşdırır. İşğalçılar ələ keçirdikləri AES-ə də raket sistemləri yerləşdirirlər.

Ötən gün ABŞ-ın dövlət katibi Entoni Blinken demişdi ki, işğalçılar Zaporijjya AES-i “nüvə qalxanı”na çeviriblər.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ