hemle

Türkiyənin etirazından sonra paylaşımını sildi

Tarix:28-07-2022, 13:31
Baxış Sayı:163

İrəvanda səfərdə olan BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid ermənilərin qondarma “soyqırım” abidəsi sayılan “Tsitsernakabert”i ziyarət edib. Şahid öz rəsmi tviter hesabında bununla bağlı paylaşım da edib.

hemlemedia.az erməni mediasına istinadən xəbər verir ki, Şahid daha sonradan sözügedən paylaşımı silib.

Məlumata görə, A. Şahid Türkiyə Xarici İşlər Nazirliyinin onun sözügedən abidəni ziyarət etməsinə etiraz etməsindən sonra bu addımı atıb.

Xatırladaq ki, Şahid iyulun 26-sı Ermənistana səfər edib və bir neçə görüş keçirib. O, Ermənistana səfərini iyulun 29-u başa vuracaq.

Türkiyənin etirazından sonra paylaşımını sildi

Digər xəbərlər
10:05 Maaşlarla bağlı YENİLİK - Vətəndaşlar istənilən bankdan...
10:01 ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ
09:51 Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Bu günün HAVASI
09:48 Tovuzda ev güclü yanğından xilas edildi
09:41 Türkiyə üçün dəhşətli proqnoz: Regional fəlakət olacaq, 25 milyon insan…
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq