hemle

Həmişə gecikən Putin bu dəfə Ərdoğanı gözləməli oldu - Video

Tarix:20-07-2022, 19:50
Baxış Sayı:184

Xəbər verdiyimiz kimi, iyulun 19-u Tehranda Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

hemlemedia.az xarici mediaya istinadən xəbər verir ki, görüşdən əvvəl Putinin türkiyəli həmkarını gözləməsini əks etdirən videogörüntülər gündəmə çevrilib. Belə ki, Putin görüş otağına Ərdoğandan əvvəl gəlib və təqribən 50 saniyə ərzində həmkarının gəlişini gözləyib. Kameralar isə həmin dəqiqələrdə Putinin reaksiyalarını yaxından izləyib.

Xarici media yazır ki, Vladimir Putin görüşlərə gecikməsi xüsusiyyəti ilə məşhurdur. Bildirilir ki, o, müxtəlif vaxtlarda Roma papası Fransisk, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, Birtaniya kraliçası II Yelizaveta və digərləri ilə görüşlərə gecikib. Rusiya liderinin hətta bəzi görüşlərə bir neçə saat gecikdiyi də qeyd olunub. Tehranda isə Putin Ərdoğanı gözləməli olub.

Digər xəbərlər
12:23 "Azəriqaz" İB-nin baş direktoru Kürdəmir rayonunda vətəndaş qəbulu keçirib
21:54 Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb
21:53 İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
21:52 Xameneinin iqamətgahlarından biri raketlə vurulub
21:51 "WhatsApp"dan YENİLİK
21:49 “Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi
21:47 Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
21:44 Bakı-Naxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı