hemle

İtaliyada bir sıra mağazalar açılır – Amma bu şərtlə

Tarix:15-04-2020, 00:01
Baxış Sayı:385

İtaliyada kitab, ofis ləvazimatları və uşaq geyimləri mağazalarının supermarketlərdəki kimi sosial məsafə və sanitariya tədbirlərinə riayət etmək şərti ilə ölkə daxilində açılmasına icazə verilib. Ancaq bu, ardıcıllıqla baş verməyib. Bəzi bölgə qubernatorları və fərdi mağaza sahibləri hələ də qapılarını bağlı saxlamağa qərar veriblər.

Turkustan.info xəbər verir ki, virusdan ən çox ziyan görmüş Lombardiya və Pyemonte bölgələrində kitab və ofis ləvazimatları mağazaları qapalı olaraq saxlanııb. Mərkəz Latsio isə mağazaların həm işçiləri, həm də alıcıları qorumaq üçün sanitariya tədbirləri həyata keçirmək üçün açılışları bir həftə təxirə salıb. Venetoda isə quernatorun “karantin işığı” adlandırdığı tədricən açılma şəraitində həftədə iki günlük fəaliyyətə icazə verilib.

Çərşənbə axşamı işə qayıtmalarına icazə verilən digər işçilər meşə yanğınları mövsümündə havalar istiləşmədən əvvəl qurumuş ağacları təmizləmək üçün meşə işçiləri olub.

Yenidən açılmasına icazə verilən ticarət fəaliyyətlərinin siyahısı təsadüfi görünsə də, rəsmilər şagirdlərin məktəb ləvazimatlarıı alması, yeni valideyn olanların isə böyüməkdə olan körpələrini təchiz edə bilməsinin vacib olması ilə izah edib. İtaliyanın Mədəniyyət Naziri Dario Françeskini kitabların evdə olan italyanlar üçün “vacib” olduğunu deyib.

“Supermarketlərdə olduğu kimi sosial məsafə və təhlükəsizlik tədbirləri tələb ediləcək, ancaq yenidən açılacaqlar. Bu, simvolik bir jest deyil, kitabların da mühüm rolu olduğunu qəbul etməkdir” – deyə, Françeskini tvitində yazıb.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq