hemle

Deputatlar maaşlarının azalmasına razıdırlarmı?

Tarix:14-04-2020, 17:58
Baxış Sayı:399

Yaponiya parlamentinin deputatları koronavirus səbəbindən gəlirləri azalan vətəndaşlarla həmrəylik üçün öz maaşlarını 1 il müddətində 20 faiz azaltmaq barədə razılığa gəliblər. Maraqlıdır, bəs Azərbaycanda deputatlar 2 aylıq maaşlarının 20 faizindən büdcənin xeyrinə imtina edə bilərlərmi?
Turkustan.info axar.az-ın məsələ ilə bağlı Milli Məclisin deputatları arasında keçirdiyi sorğunu təqdim edir:
Aydın Mirzəzadə:
Hesab edirəm ki, bu mürəkkəb dövrdə deputatların maaşı azaldıla bilər. Mən bu təklifi dəstəkləyirəm və seçicilərimizə dəstəyin tərəfdarıyam.
Azər Badamov:
Azərbaycan müstəqil ölkədir və bütün qərarlar da müstəqil qəbul olunur. Hansısa ölkənin parlamenti hər hansı bir addım atırsa, biz mütləq şəkildə onu təkrar etməməliyik. Azərbaycan deputatları əmək haqqının 50 faizinə qədərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər və ehtiyac yarandığı halda yenə ianələr etməyə hazırdırlar
Hikmət Babaoğlu:
Bizim millət vəkilləri onsuz da sosial yardımlaşma kampaniyasında fəal iştirak edirlər. Koronavirusla Mübarizəyə Dəstək Fonduna maaşlarının bir hissəsini köçürüblər. Üstəlik, öz seçki dairələri üzrə də vaxtaşırı aztəminatlı ailələrə ərzaq və digər gündəlik istehlak malları vasitələrilə yardım edirlər. Nəzərə almaq lazımdır ki, bütün bunlar cəmiyyətimizdə yüksək qiymətləndirilir və təqdirlə qarşılanır. Düşünürəm ki, bunlar bizim millət vəkilləri tərəfindən yaradılan və başqa ölkələrə örnək ola biləcək yaxşı təcrübədir. Bununla belə, mən yenə də istənilən xeyirxah təşəbbüsə qoşulmağa hazıram.
Ceyhun Məmmədov:
Bildiyiniz kimi, Azərbaycan hökuməti virusun yayılması səbəbindən yaranan problemlərin aradan qaldırılması üçün ilk gündən operativ və adekvat qərarlar qəbul etdi. Cənab Prezidentin bir neçə mühüm sərəncamı oldu, ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva maaşlarını bu fonda ianə etdilər. Milli Məclisin bütün deputatları da bu təşəbbüsə qoşularaq könüllü surətdə öz maaşlarından müxtəlif məbləğlərdə ianələr etdilər. Bu gün də onlar xalqla birlik və həmrəylik nümayiş etdirərək, müxtəlif aksiyalar çərçivəsində dəstəklərini davam etdirirlər. Hesab edirəm ki, ölkə rəhbərliyi dövlətimizin bu prosesdən minimum itki ilə çıxması üçün gərəkən bütün addımları atır. Deputatlarımız da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və gələcəkdə də yetirəcəklər.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı