hemle

“SPACE”-ə ciddi xəbərdarlıq olundu

Tarix:24-06-2022, 12:42
Baxış Sayı:162

Audiovizual Şuranın iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda “Space” televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan “Elin sözü” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması faktları müzakirə olunub.


Belə ki, yuxarıda adı çəkilən proqramın yayımı zamanı aparıcı tərəfindən “Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf eləmiş vəziyyətdə olmalıyıq...” ifadəsi işlənib. Hətta bilməyərək və ya xüsusi bir məqsəd olmadan, o cümlədən Azərbaycanda yaşamayan etnik qruplar haqqında işlədilən belə tipli açıqlamalar və ya fikirər etik olmamaqla yanaşı, cəmiyyətimizə xas olmayan ksenofobiyanın yayılmasına və ayrı-ayrı tamaşaçılarda milli və ya irqi üstünlük hisslərinin yaranmasına gətirib çıxara bilər.

Eyni zamanda, şübhəli fəaliyyətlə məşğul olan ekstrasens, parapsixoloq və sairə bu kimi şəxslər tərəfindən öz fəaliyyətlərinin təbliğinə televiziya kanalınən efirində imkan yaradılması faktı da Şura tərəfindən qeydə alınmışdır ki, bu da, yeni “Media haqqında” Qanunun müvafiq müddəasının tələblərinin pozulmasıdır.

Aparılan müzakirələrdən sonra Şura üzvləri “Space” televiziyası yayımçısının efirində ilk dəfə belə halın baş verməsini və qeyd olunan proqramın aparıcısının uzunmüddətli jurnalist fəaliyyətini, bu sahədəki təcrübəsini nəzərə alaraq “Space” televiziyası yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul ediblər.

Digər xəbərlər
13:11 Sabaha olan hava PROQNOZU
13:10 2026-cı ilin Formula 1 təqvimi açıqlandı: Azərbaycan Qran-Prisi bu tarixdə keçiriləcək
13:09 Sabah bu şəhərdə qaz olmayacaq
13:08 Rusiyaya gedənlərin nəzərinə: Bu şəxslərin girişi qadağan edilir, həbs olunacaqlar
13:07 Düşüncələri alt-üst edən araşdırma: Təyyarədə ən təhlükəsiz oturacaq bəlli oldu
13:06 Paşinyan hücuma keçir: Ermənistanın baş naziri II Qaregini devirmək üçün qrup yaradır
13:05 Ermənistan Rusiyanı Azərbaycanla sərhədə niyə buraxmır? - Cavab belə oldu
13:04 “Zəngəzur dəhlizi”nin qarşısını İran aldı: Xameneinin müşavirindən sensasion iddia