hemle

Maliyyə naziri qiymətlərin ucuzlaşacağını ANONS ETDİ

Tarix:23-06-2022, 13:03
Baxış Sayı:187

“İnflyasiya təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Qlobal inflyasiya təzyiqləri ilk növbədə enerji daşıyıcılarının, əsasən neft-qazın bahalaşması ilə əlaqədardır. Qaz həmçinin müxtəlif növ gübrələr üçün xammaldır. Buna görə də gübrə qiymətləri də avtomatik olaraq artıb. Hətta müəyyən qədər qıtlıq da yaranıb. Bu isə ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb. İlk növbədə taxılın, o cümlədən buğdanın bahalaşması müşahidə olunur”.

Bunu Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısında maliyyə naziri Samir Şərifov bildirib.


"Rusiya-Ukrayna müharibəsi nəqliyyat və logistika problemlərini daha də dərinləşdirib. Nəzərə alsaq ki, bu iki ölkə ən mühüm taxıl və bitki yağları istehsalçıları və təchizatçılarıdır, bu da qiymətlərin artımına təsir göstərir. Beləliklə, xarici amillər hesabına formalaşan qiymət artımı Azərbaycana da sirayət edib. Çünki ölkəmiz bir sıra məhsulların idxalçısıdır və biz də bu qiymət artımının mənfi təsirlərini yaşayırıq”.

Nazir həyata keçirilən antiinflyasiya tədbirlərindən də danışıb:

"Hökumət ölkə prezidentinin tapşırığı ilə müəyyən antiinflyasiya tədbirləri hazırlayıb həyata keçirir. Bu tədbirlərin əsasən Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasıdır. Bununla əlaqədar lazımi qərarlar qəbul edilir. Onların icrasının nəticəsində qiymətlərdə bir qədər azalma baş verəcək”.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?