hemle

“Yaralıların yarasını sarıyandan sonra oturduğu yerdə arxadan snayperlə vurulub...”

Tarix:16-06-2022, 18:45
Baxış Sayı:314

“Ailədə biz dörd uşaq olmuşuq. Atam, anam müəllim olub. Muxtar haqqında isə danışılası o qədər söz var ki. Muxtar şahmat, ədəbiyyat, musiqi, tarix və sair sahələrlə maraqlanırdı. O, tibb zabiti idi. Muxtarı tanıyan adamlar həmişə onun haqqında yüksək fikirlər səsləndiriblər. Muxtar ilk dəfə Xankəndində işləyib və hətta ermənilər onu öldürmək istəyirdilər. O isə erməni dilini öyrənirdi ki, onların dediklərin başa düşə bilsin”.
Bunu Moderartor.az-a açıqlamasında Milli Qəhrəman Muxtar Qasımovun bacısı Nəcibə xanım deyib. Nəcibə xanım Muxtarın çox vətənpərvər bir insan olduğunu bildirib:

“Xankəndindən sonra Muxtar Ağdama gəlib Xocalı faciəsi zamanı reanimasiyada işlədi. 1992-ci ildə isə Naxçıvanik kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid oldu. Əslində Muxtar döyüşə getməli deyildi, hospitalda olmalıydı. Bununla bağlı onun komandirinin də xatirələri var. Muxtar altmış iki nəfəri qanaxmadan xilas edib və yorğun olub. Çünki Naxçıvanik istiqamətində ağır döyüşlər gedirdi. Onda yaralıların yarasını sarıdıqdan sonra oturub su istəyib. Elə bu zaman arxadan snayperlə vurulub.

Övladı yoxdur, iki il ailəli oldular. Elə oldu ki, Muxtarı Ağdamda dəfn etmişdilər. Sonra isə dostları Muxtarın nəşini çıxarıb Bakıya, Şəhidlər Xiyabanına gətirib orda dəfn etdilər”.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Digər xəbərlər
13:37 Zəngəzur, Dərələyəz və... - Yeni ərazilərin qaytarılmasına hazırlıq gedir
13:17 Bir tərəfdə leysan, bir tərəfdən də onlar yerə çatdı: Bu tarixə qədər davam edəcək
12:36 Qar, yağış, şaxta... - FAKTİKİ HAVA
11:45 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:24 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
09:44 Dəmir yolunda qatarlar buna görə gecikir - Səbəbi AÇIQLANDI
09:40 Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA