1992 ci ilin bu günü Azərbaycanın Milli Qəhrəmanı Qasımov Muxtar Cahid oğlu Naxçıvanlı kəndi uğurunda gedən döyüşlərdə şəhadətə qovuşmuşdur. Həmin gündən düz 30 il keçib. Bu müddətdə əziz dostumuzun yoxluğu bizi çox sarsıtdı. Özümüzü ovundurmağa bəhanə tapa bilmədik. Amma bu gün içimiz bir az rahatladı. Çün ki, Qarabağımız azaddır.
Nur üzlü, mələk simalı , düşmənə qarşı barışmaz olan qəhrəman qardaşım rahat yat. Uğruna can verdiyin doğma Ağdamın azaddır. Allah sənə rəhmət eləsin gözəl qardaşım. Allah bu yolda şəhid olan bütün qardaş , bacılarımıza rəhmət eləsin.
Biz sağ qalanlar sizləri unutmadıq. Muxtar qardaşım sən bizim daim xatirələrimizdə yaşayacaqsan. Gülər üzünlə, şirin danışığınla, xoş rəftarınla gəlbimizdəsən.
Bu millət sizlərin ruhunu əziz tutduqca, əsla yenilməz və yenilməyəcək.
Bizləri ayaqda saxlayan və qalib edən sən və şəhid qardaşların oldu qəhrəman Muxtar qardaşım.
Hamınızın ruhuna fatihə.
Əziz qardaşlar bu gün Space TV də saat 18:40 da şəhid dostum Muxtar Qasımovun xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdiriləcək. Xahiş edirəm baxasız və dostlara xəbər edəsiz.
Döyüş dostu, həkim Azər Qasımov