hemle

Şəhriyar Məmmədyarov qalib gəlib

Tarix:8-06-2022, 07:32
Baxış Sayı:231

Norveçin Stavanger şəhərində "Norway Chess" beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.

hemlemedia.az Trend-ə istinadən bildirir ki, yeddinci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov niderlandlı Aniş Giriyə qalib gəlib. Bununla da o, xalların sayını 11,5-ə çatdırıb və 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov isə Hindistan təmsilçisi Vişvanatan Ananda "armageddon"da uduzub. T.Rəcəbov ümumi nəticələrə görə, 5 xalla sonuncu yerdədir.

"Norway Chess" turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi "armageddon"da müəyyənləşdirirlər.

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR