hemle

"Dünya türkün gücünü görsün və yerini bilsin" - Səlçuk Bayraktar

Tarix:28-05-2022, 16:59
Baxış Sayı:379

""Teknofest" müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı düstur edən bir ruhdur".

Bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar mayın 28-də "Teknofest" festivalında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu festival yüksək texnologiyanı bütün cəmiyyətlə birlikdə inkişaf etdirmə səfərbərliyidir.

"Dünya türkün gücünü görsün və yerini bilsin. Bundan sonra üzərimizə düşən vəzifə türk uşaqlarının yolunu açmaq üçün dayanmadan çalışmaqdır. Ümid edirəm ki, bu yarışlardan çıxacaq gənclər bu ruhdan aldıqları ilhamla müstəqillik mübarizəsində ən irəlidə olacaqlar", -deyə o əlavə edib.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT