hemle

Tərcüməçi-yazar Əli Rzazadənin “Onun hekayəsi” kitabının təqdimat mərasimi keçirilib

Tarix:23-05-2022, 08:30
Baxış Sayı:148

Zirveyolu.info xəbər verir ki, 22.05.2022 tarixində Tərcüməçi-yazar Əli Rzazadənin “Onun hekayəsi” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış ziyalılar Milli Məclisin deputatı Ceyhun Məmmədov, yazıçı Kənan Hacı, tanınmış telejurnalist Hikmət Yaqubov, yazar Azər Qismət, şairə Gülnarə İsrafil, Nazlı Çələbi, jurnalist Ülkər Piriyeva, həmçinin digər KİV nümayəndələri, o cümlədən müəllifin oxucuları və tələbələri iştirak ediblər.

Çıxışçılar milli-mənəvi dəyərlərin, vətənpərvərlik və dövlətçilik ideyalarının gənc nəsillərə aşılanması və qorunub saxlanılmasının zəruriliyini vurğulayıb.

Qeyd olunub ki, gənclərin milli-mənəvi ruhda yetişməsi üçün bu cür kitabların yazılması çox mühüm əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, “Onun hekayəsi” kitabı gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında, eləcə də gənclər arasında mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində vacib rol oynayacaq.

Çıxışçılar həmçinin onu da xüsusi diqqətə çatdırdılar ki, yetişməkdə olan nəsillərə vətənpərvərlik hisslərinin aşılanması qələm adamlarının da qarşısında duran ən vacib vəzifələrdən biri olmalıdır. Ona görə də, məhz bu cür bədii nümunələr toplusunun gənclərin şəxsiyyət kimi formalaşmasında rolu danılmazdır.

Tədbirdə bildirilib ki, “Onun hekayəsi”ndə müəllifin hekayə, esse və şeirlərindən bir hissə toplanıb.

Kitabda Vətən müharibəsində canından keçən şəhidlərimizə həsr olunmuş bədii nümunələr yer alıb, eləcə də vətənpərvərlik və dövlətçilik mövzusunda yer almış şeir və hekayələr təqdim olunub.

Qeyd edilib ki, oxucular bu kitabda hekayəyə çevrilmiş insan taleləri, müasir insan və cəmiyyət haqqında incə düşüncələrin qələmə alındığı esselər və könül söhbətləri sayılacaq şeirlər ilə tanış olacaqlar.

Qeyd edək ki, “Onun hekayəsi” kitabı “Mücrü” nəşriyyatında çap olunub.

“Onun hekayəsi” Əli Rzazadənin sayca yeddinci kitabıdır.

Bundan öncə müəllifin “Yağış”, “Səmaya qayıdan yazı”, “Sonsuz” romanları, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Nurdan zərrələr” adlı əsərləri işıq üzü görüb.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Əli Rzazadə ilk dəfə ərəb dilində çap olunan “Xocalıya ədalət” əsərinin müəllifidir. Və onun həmin bu əsəri bir sıra ərəb ölkələrində oxuculara təqdim edilib.

Xatırladaq ki, Əli Rzazadə 1981-ci ilin mayın 23-də Masallı rayonunun Viləş kəndində (keçmiş Kalinovka) anadan olub. O, Şərq dilləri (ərəb və fars) üzrə mütəxəssisdir. Ə.Rzazadə hazırda pedoqoji fəaliyyətini Sumqayıt Dövlət Universitetində davam etdirir.

Biz də öz saytımız adından Əli müəllimi qələmə aldığı 7-ci kitabının işıq üzü görməsi münasibətilə təbrik edirik, uğurlarının daim olmasını diləyirik. Ən əsası Əli müəllimə bu şərəfli ömür yolunda möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik. Çünki bu cür ziyalı şəxsiyyətlərin olması gələcək nəsil, eləcə də cəmiyyət üçün çox əhəmiyyətlidir.

Müxbir: Cavadzadə Seyid Sürayə

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR