hemle

“Əlilliyi alınandan sonra vəziyyəti kəskinləşdi” - Şizofreniya xəstəsinin başına gələnlər...

Tarix:16-05-2022, 14:01
Baxış Sayı:230

Bu ilin yanvarında Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Akif Əsədullayevin avtomobilinin yandırılması ilə bağlı bəzi detallar üzə çıxıb.

hemlemedia.az-ın “Kriminalqafqaz”a istinadən məlumatına görə, “sadə şizofreniya” xəstəliyindən əziyyət çəkən 34 yaşlı Əhməd Hüseynov (şərti) əvvəlcə DSMF-nin Şəki rayon filialının binasını, daha sonra baş həkimin avtomobilini yandırmağa cəhd edib. Baş həkimin “Nissan X-Trail” markalı avtomobilinə 7200 manatdan çox ziyan dəyib.

Faktla bağlı başlanılan cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə özünü ifadə etmək qabiliyyəti olmayan Ə.Hüseynovun istintaqa verdiyi ifadə elan olunub. O ifadəsində qeyd edib ki, uşaqlıqdan özünü narahat hiss edir: “Gecələr yatmıram, buna səbəb tanımadığım şəxslərlə söhbət etməyimdir. Hadisə günü səhər oyandıqdan sonra atamla şəhərə çıxdıq. Xəstəxanadan dərman ala bilmədiyimə görə atam 3 gün idi ki, çox əsəbiləşirdi. Dərmanları vermədiyinə, pensiyamı kəsdiyinə görə atam dedi ki, onların binasını yandırım. Su butulkasına benzin töküb pensiya verilən yerə getdik. Binanın arxa və qabaq şüşələrinə benzin töküb yandırdım. Bundan sonra Akif həkimin evinə sürdük. Atam evin yanındakı maşının Akifə məxsus olduğunu deyib “maşını yandır” dedi”.

Əhmədgil maşını yandırandan sonra babasının məzarı olan yerə gediblər: “Orada atam və babamla söhbət etdim. Babam mənə dedi ki, “yaxşı eləmisən””.

Əhmədin atası isə oğlunun 10 ildən çoxdur şizofreniya xəstəliyindən əziyyət çəkdiyini və Şəki Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğunu deyib. Onun sözlərinə görə, oğluna xəstəliyi ilə əlaqədar II qrup əlillik dərəcəsi verilsə də, daha sonra təqaüdü kəsilib: “Əlilliyi ilə bağlı Psixatriya Xəstəxanasından dərmanlar verilirdi. Lakin əlilliyi ləğv ediləndən sonra dərmanlar da verilmədi. Əhməd dərmanları qəbul edə bilmədiyinə görə xəstəliyi kəskinləşdi. Təbii ehtiyaclarını belə özü ödəyə bilmir”.

Akif Əsədullayev məhkəmədə Əhməddən şikayətçi olmayıb: “Həyətə düşəndə avtomobilin arxa hissəsinin yandığını gördüm. Çətinliklə də olsa, yanğını söndürdük. Daha sonra polisə məlumat verdik. Dəymiş ziyan ödənilib, barışmışıq, şikayət və tələbim yoxdur”.

Məhkəmə hesab edib ki, Əhməd Hüseynov əməli anlaqsız vəziyyətdə törədib və xəstəliyinin kəskinləşmə vəziyyəti hazırda da davam edir. Buna görə təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimain təhlükəliliyini dərk etmək iqtidarında deyil. Hüseynov Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən zədələmə) maddəsi ilə mühakimə olunsa da, ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad olunub. Barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilib. Qərarın icrası Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...