1453-cü ildə Konstantinopolda (hələ Osmanlılar tərəfindən fəth edilməmiş) skriptorilərdən (kitabların hazırlandığı xüsusi otaqlar — red.) orta əsr yəhudi səyyahı Benyamin Tudelanın kitabı işıq üzü görüb.
Fedai.az Axar.az-a istinadən bildirir ki, kitab ivrit dilində yazılıb.
Benyamin Tudela (İvrit dilində. Binyamin mi Tudela) — Navarre Krallığındakı Tudela şəhərindən olan bir İspan yəhudi, ravvin və tacir olub. 1165-11173-cü illərdə o, Oykumenanın əhəmiyyətli bir hissəsinə səyahət edib, eyni zamanda dünyaya səpələnmiş yəhudilər və yəhudi icmaları üçün müqəddəs və yaddaqalan yerləri ziyarət edib. İlk dəfə Bizans İmperatorluğunun paytaxtında nəşr olunan «Rabbi Benyaminin Səyyahlar Kitabı» nda gördüyü təəssüratları qələmə alıb. Bu kitab daha sonra Latın dilinə tərcümə edilmiş və 16 — 17-ci əsrlərdə Avropada çox məşhurlaşmışdı.
Ktabda müəllif Ararat dağına erməni iddialarının daşını-daş üstə qoymur qoymur. Orada o cümlədən, deyilir:
«Sonra, Dəclə çayının ortasında bir adada qurulan Qezir ben Omar şəhərinə iki günlük səyahət etdim [Müəllif Dəclə çayı üçün onun İncildəki adı Hiddekel adından istifadə edir], Ararat dağının ətəyində, Nuhun gəmisinin dayandığı yerdən dörd mil məsafədə yerləşir. Ömər ibn əl- Xəttab gəmini iki dağın zirvəsindən çıxartdı və oradan ismaililər üçün məscid tikdi. Yezdrı Sofera sinaqoqu bu günə qədər gəminin yanında mövcuddur, burada ayın doqquzuncu günü Ava yəhudiləri dua etmək üçün şəhərdən gəlirlər. ”
Burada «Ararat» toponiminin mənasını aydınlaşdırmaq lazımdır. Əvvəla, yəhudi səyyahının getdiyi marşrutdan aydın olur ki, bu Araratın Ağrı Dağ dağ zirvəsi ilə heç bir əlaqəsi yoxdur. Qezir bin Ömər, Türkiyənin müasir Cizrə şəhəridir. Dəclə çayının yuxarı axarında sahildə və adalarda yerləşir. Suriya ilə sərhəddə. Şəhərin adı ərəb dilindən ada kimi tərcümə olunur.
Assuriyalılar və müsəlmanların Nuhun endiyi nöqtə hesab etdikləri dağ silsiləsi və ən yüksək zirvəsi Cudi bu şəhərin yaxınlığında yerləşir və sonrakı erməni uydurmaları ilə heç bir əlaqəsi yoxdur. Çünki Cudi dağı ilə müasir Ağrı Dağ arasında məsafə xeyli çoxdur — 320 kilometr. Orta əsr erməni mənbələrində bu gün bütün dünyaya «Ararat» olaraq sırınan dağın adı fərqli şəkildə yazılmışdı — Orta əsr Fars dilindən tərcümədə «ən böyük» mənasını verən Masis. Ağrı Dağı ilə daşqın mifi, Səlib yürüşlərindən sonra bu məsələnin spesifikliyini başa düşməyən Avropa səyahətçiləri və səlib yürüşçüləri ilə əlaqələndirilməyə başladı.
Ararat adının özü, qədim yəhudiləri məğlub edən və əsarət altına alan Assuriya bölgəsində sərhədləri güclü olan ən güclü dövlətlərdən biri — Urartu əyalətinin adının Masoret (ənənəvi yəhudi ) söyləmindən köçürmədən başqa bir şey deyildir. Buna görə Əhdi-Cədidin tərtibçiləri öz peyğəmbərlərinin yaxınlaşma yerlərini öz qulları ilə müharibə vəziyyətində olan bir dövlətin hüdudlarına yerləşdirməyi üstün tutdular.
Tərcüməçi: Fəxri Qocayev
Mənbə: axar.az