hemle

Azərbaycanda kredit faizləri aşağı salınacaq? - AÇIQLAMA

Tarix:11-05-2022, 13:28
Baxış Sayı:250

Azərbaycanda nəqliyyat sahəsində yeniliklər davam edir. Bunun bariz nümunəsi olaraq Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan struktur dəyişikliyini də göstərmək olar.

Yeniliklər fonunda Bakıda tramvay və trolleybusların bərpa olunub-olunmayacağı maraqla gözlənilir. Paytaxtda bu nəqliyyat növlərinin yenidən fəaliyyətini bərpası isə zaman-zaman geniş müzakirəyə çıxarılıb.

Bakıda nəqliyyat konsepsiyasına dəyişiklik fonunda bu yeniliyin nəzərə alınıb-alınmayacağına ekspert Eldəniz Cəfərov münasibət bildirib. Nəqliyyat eksperti "ARB24"də yayımlanan "İş vaxtı" verilişində deyib ki, islahatlar olacaq: "Fikrimcə, Bakıda nəqliyyatın şaxələnməsi olacaq. Ona görə tramvay və trolleybus xətləri aktuallaşa bilər. Trolleybusların yenidən nəqliyyata qayıtması inandırıcı görünməsə də, tramvayların çəkilməsi mümkündür.

Hesab edirəm ki, Bakı ətrafı qəsəbələrdə tramvay xətlərinin olması olduqca müsbət haldır. Bunu şəhərinin mərkəzində təşkil etmək çətin olsa da, ətraf ərazilərdə tramvayların işə düşməsi real görünür".

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu mətbuata açıqlaması zamanı bildirmişdi. O, açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu qeyd etmişdi:

"Vaxtilə Bakıda mövcud olmuş tramvay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Bu səbəbdən xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.

Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ