hemle

AzTV Suriyadan maraqlı film hazırladı - Video

Tarix:28-04-2022, 12:31
Baxış Sayı:228

Azərbaycan Televiziyası 11 ildir müharibə şəraitində olan Suriyadan sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “İllüziya” adlı filmin hazırlanmasında məqsəd Suriya ərazisində salınmış düşərgə, eyni zamanda, kimsəsiz uşaqlar üçün sığınacaqlarda yaşayan həmvətənlərimizin hazırkı şəraitinin işıqlandırılmasıdır.

AzTV-nin çəkiliş heyəti Suriyanın müxtəlif ərazilərində olub, düşərgələrdə məskunlaşmış azərbaycanlılar və suriyalılarla həmsöhbət olub, onların yaşadığı dəhşətləri lentə alıb.

Suriyaya səfərin məhz Ramazan ayında təşkili isə təsadüfi deyil. Məhz bu ay hərbi əməliyyatlar digər aylarla müqayisədə daha az olur. Lakin bu, təhlükənin olmadığı anlamına gəlmir. Bu məqam filmdə də əks olunub. Belə ki, “İllüziya”da heyətin həyat və sağlamlığına təsir göstərə biləcək təhlükəli kazuslardan fraqmentlər yer alıb.

Filmin adının “İllüziya” seçilməsinin öz mənası var. “İllüziya”ya ərəbcə “vahum” deyilir. Kökü “vahəmə” feilindəndir. Maraqlıdır ki, leksik mənasında həm “vahimə”, həm də “reallığın təhrif olunmuş şəkildə qavranılması” birləşir. Çəkiliş heyətinin 11 ildir müharibənin bitmədiyi Suriyadan təəssüratları da bu ifadədə əks olunur.

Çəkiliş heyətinə AzTV-nin əməkdaşları – ssenari müəllifi və rejissor Vəfa Ağabalayeva, quruluşçu operator Cavid Əliyev daxildir.

Filmin ideya müəllifi Rövşən Məmmədovdur.

Qeyd edək ki, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası mərhələli şəkildə həyata keçirilir. Sözügedən ölkələrdən 2018-ci ildən indiyədək 365 azərbaycanlı Vətənə gətirilib.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?