hemle

Aygün Attar İlham Əliyevə təşəkkür etdi

Tarix:19-04-2022, 08:57
Baxış Sayı:229

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Dostluq" ordeninə layiq görülməyim, həyatımın ən qürurverici hadisələrindən biri oldu. Elmi fəaliyyətimin 30 ilindən çoxunu Azərbaycan-Türkiyə əlaqələrinə həsr etmiş bir insan olaraq çox qürurlandım. Cənab Prezidentə dünya azərbaycanlılarına göstərmiş olduğu qayğıdan ötrü minnətdarlığımı bildirirəm”.

Bu fikirləri “Report”un yerli bürosuna eksklüziv açıqlamasında Türkiyə Prezidentinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Aygün Attar Azərbaycan Prezidentinin onu “Dostluq” ordeni ilə təltif etməsinə münasibət bildirərkən deyib.

Aygün Attar qeyd edib ki, əslən Qarabağdan olan biri kimi ən böyük mükafatı Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti ilə işğaldan azad edilən Qarabağ torpaqları oldu:

“Yeri gəlmişkən, Şuşaya Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunmuşam. Şuşa ilində orada toplanmağımız olduqca əlamətdardır və bu fürsəti də bizə verən, dəmir yumruğuyla zəfərə imzasını atan Azərbaycan Prezidentinə Vətəndən uzaqda, ancaq ürəyi Vətənlə döyünən dünya azərbaycanlıları adından təşəkkürlərimi bildirirəm.

Çox böyük bir qürurdur ki, yaxamda Vətənim tərəfindən mənə verilən 2016-cı ildə "Vətənə xidmət" ordeni, 2022-ci ildə doğum günüm ərəfəsində cənab Prezidentin sərəncamı ilə mənə verilən "Dostluq" ordeni ilə birlikdə Vətən torpaqlarına gedəcəyəm”.

A.Attar hər zaman Azərbaycan dövlətinin haqlı mübarizəsində dövlət mənafelərindən çıxış edəcəyini bildirib: “Tanrı Azərbaycanı, qəhrəman Azərbaycan Ordusunu, bütün gözəl xüsusiyyətlərə malik olan millətimizi qorusun!”

Digər xəbərlər
21:35 Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti UZADILDI
21:28 Trampdan Qərbə XƏBƏRDARLIQ - “Növbəti sonsuz müharibəyə...”
21:18 Ölkədə baş verən partlayışlarda neçə nəfər ölüb? - FHN AÇIQLADI
21:14 Sabah 3 rayon QAZSIZ QALACAQ
21:11 Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
21:06 Zelenski Ərdoğanla görüşəcək
21:01 Ən böyük ixtisar dalğası - "Microsoft" minlərlə şəxsi İŞSİZ QOYACAQ
18:25 Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi