Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi həyata keçiriləcək layihənin hazırlıq işləri başa çatdırıldı.
Ermənilər bəşəriyyətin müqəddəs saydığı qadınlara ölüm, iztirablar gətirdilər. İnsan hətta beynəlxalq hüququ icad etdi ki, belə cinayətlərin qarşısı alınsın, cinayətkarlar cəzalandırılsın. Lakin bunlar elə kilsələrdə, qapalı salonlarda deyilən, kitablarda, kağızlarda yazılan sözlər oldu.
Reallıq belədir ki, erməni kilsəsinin keşişi bu insanlara öldürmək, qan tökmək, işgəncə vermək, bir sözlə, insanlıq əleyhinə bütün əməlləri törətmək üçün xeyir-dua verdi.
Həmin xeyir-duanın nəticəsi olaraq öldürülən, işgəncələrə məruz qalan, ailələrini itirənlər isə azərbaycanlı analar oldu. Bugünə qədər onlar özlərini yalnız bir şeyə görə, bağışlaya bilmirlər: həmin günü, erməni girovluğunda olduqları zaman ölmədiklərinə görə. İndi bu qadınlar hər saniyə sızıldayan, qanayan, əbədi olaraq unudulmayan alçaldılmış şərəf yarası ilə yaşamağa məhkumdurlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş qadınlarla bağlı 1 oktyabr 2018-ci il tarixə olan statistik məlumatlar belədir: 3888 nəfər Dövlət Komissiyasının qeydiyyatından itkin düşmüş şəxs kimi keçir. Onlardan sağ qalan 266 nəfəri qadınlardır.
1480 nəfər əsir və girovluqdan azad edilmiş şəxslərdir. “Onlar itmək istəmirdilər filmində yera alacaq dəqiq satatistik məlumatlar və sənədli materiallardan ibarət olacaqdır. Layihənin hazırlıq işlərinin aparılması ərəfəsində aidiyyatı idarələrə məktublar yazılaraq arxiv materialları toplanmaqla filmin çəkilişləri üçün baza yaradıldı. “Onlar itmək istəmirdilər” filminin çəkilişlər başlanmaq ərəfəsindədir
Qarabağın işğalı nəticəsində Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan qadınları haqda “Onlar İtmək İstəmirdilər” adlı filmin çəkilməsi və dünyaya yayılması adlı layihə 3 ay müddətində icra ediləcəkdir.
Layihənin rəhbəri Radə Abbas