hemle

Hərbi polisin sabiq şöbə rəisi barəsində cinayət işi başlanıldı

Tarix:19-03-2022, 10:07
Baxış Sayı:190

Azərbaycanda yüksək vəzifəli hərbçiyə cinayət işi başlanılıb.

hemlemedia.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, Hərbi Polis bölmələrinin Bakı Qarnizonunun cinayət-axtarış şöbəsinin sabiq rəisi Feyzi Hüseynov rüşvət verməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması və ya verilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

Polkovnik-leytenantla bağlı aparılan istintaq tamamlanıb və iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məlumata görə, F.Hüseynov Vətən Müharibəsi dövründəki qeyri-adekvat davranışlarına görə xidmətdən uzaqlaşdırılıbmış.

Qeyd edək ki, F.Hüseynovun adı bir neçə il öncə Azərbaycan ordusunun zabiti Xalid Şirəliyevin ölümündə hallanmışdı. Xidmət yerini tərk edən zabit Feyzi Hüseynov və əməkdaşları tərəfindən saxlanıldıqdan 3 gün sonra ölmüşdü. Ölən zabitin anası oğlunun bədənində zərbə izləri olduğunu, onun döyülərək öldürüldüyünü iddia etmişdi.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ