hemle

Şəhid anaları ziyarət edildi.

Tarix:13-03-2022, 13:45
Baxış Sayı:439

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Həqiqət Tarixi Araşdırmlar İctimai Birliyi “Yuva” filminin çəkilməsin adlı layihənin icrası davam edir. Film şəhidlərin tanıdılması məqsədi ilə çəkilir. Yuva filminin çəkilişləri başa çatıb.
Həqiqət Tarixi Araşdırmlar İctimai Birliyinin sədri, layihə rəhbəri Elnarə Abbasova filmin qəhramanı olan şəhidlərin analarını Novruz bayramı münasibəti ilə ziyarət edib. Quliyev Nurlan Şükür oğlunun anası Zülfiyyə xanım, Məmmədov Ceyhun Qafar oğlunun anası Qətibə xanım, Allahverdiyev Rövşən Fərrux oğlunun anası Güleyşə xanım ziyarət üçün təşəkkür etdilər. Analar hər ziyarətdən sevinirlər. Hər üç şəhidimizin özlərindən sonra övladları qalmayıb. Bu isə anaları çox üzür. Yeni evlənmiş Rövşənin anası Güleyşə xanım gəlinində dərdini çəkir, bədbəxt oldu deyir. Nurlanın nişanlısı həyatını Nurlanın xaitərsinə qurban verəcəyini qəti olaraq bildirir.. Şəhid olmuş hər soydaşımızın arxasında taleyi ölmüş bir qızımız, doğulmadan ölmüş 3 və ya 4 övldımız var. Bu soyqırımdır və bizim genefondumuzun məhvinə yönəlib.
Dədə Qorqud igidləri haqda “Yuva” filminin çəkilməsi adlı layihənin icrası davam edir. Filmin tamamlanması işləri həyata keçirilir. Filmin təqdimat tədbiri Ağcabədi rayonun Qaraxanlı kəndində keçiriləcəkdir. Əlavə olaraq Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən ofisində filmin təqdimat tədbiri keçiriləcəkdir.
Layihənın icrası məqsədi ilə Ağcabədi rayonun Qaraxanlı kəndindən olan 3 şəhid haqqında film çəkilib,
Layihə rəhbəri Həqiqət Tarixi Araşdırmalar
İctimai Birliyinin sədri Elnarə Abbasova



















Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...