hemle

Küveytdə neft zavodunda yanğın: Ölənlər var

Tarix:15-01-2022, 16:59
Baxış Sayı:261

Küveytin Mina əl-Əhmədi neft emalı zavodunun qaz mayeləşdirmə qurğusunda texniki xidmət zamanı baş verən yanğın nəticəsində iki fəhlə həlak olub.

Bu barədə Küveyt Milli Neft Şirkətinin məlumatında bildirilir. Şirkətin rəsmisi jurnalistlərə deyib ki, həyatını itirənlər Asiya mənşəli işçilərdir. Əl-Adan Xəstəxanasında müalicə olunan 5 yaralının vəziyyətinin ağır olduğundan onlar əl-Babtain hospitalına köçürülüb.

Məlumatda, həmçinin qeyd edilib ki, qəzanın baş verdiyi qurğu işlək vəziyyətdə olmadığından neft emalına və ixrac əməliyyatlarına ciddi ziyan dəyməyib.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ