hemle

DİN Bəhram Bağırzadənin paylaşımına münasibət bildirdi

Tarix:13-01-2022, 13:37
Baxış Sayı:260

"Bəhram Bağırzadənin videosu çəkindirici xarakter daşıyır".

Bunu DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev Əməkdar artist Bəhram Bağırzadənin paylaşdığı yumoristik videoya münasibət bildirərkən deyib.

DİN rəsmisi qeyd edib ki, Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamı, sənətkardır:

"Hansısa mövzuya onun yanaşması sənətlə əlaqəlidir. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı paylaşım edib. Tanınmış aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini deyərək məsələyə yumoristik şəkildə münasibət bildirib.

Digər xəbərlər
17:24 İlham Əliyev bu qanunlara dəyişikliyi təsdiqlədi
17:22 Böyük dağıntılar olacaq - Rus professorlardan İstanbulla bağlı xəbərdarlıq
17:20 Bakı-Pekin xəttində Zəngəzur detalı: Dəhlizdə mübarizə kəskinləşir
17:18 Toyuq əti yeyənlərin NƏZƏRİNƏ: Xərçəngdən ölüm riski
17:15 Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər
12:56 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
12:50 Alimlərdən qorxunc proqnoz - Həmin gün Xəzərdə...
12:47 Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır