hemle

“Önəmli olan İlham Əliyevin uzatdığı sülh əlini tutmaqdır”

Tarix:3-01-2022, 22:30
Baxış Sayı:357

Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqda danışıb.

O, “Hüriyyət” qəzetinə müsahibəsində bu barədə sualı cavablandırıb. H.Akar bildirib ki, Azərbaycan torpaqlarının 30 il işğal altında qaldığı müddətdə heç bir beynəlxalq təşkilat bir iş görmürdü:

“44 günlük müharibədən sonra Minsk qrupunun həmsədrləri Prezident İlham Əliyevin qarşısına gəldilər. Əliyev “Sizi mənmi çağırdım, 30 ildir haradaydınız?” dedi. Önəmli olan cənab Prezidentimizin çağırışı ilə cənab İlham Əliyevin uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük xeyri Ermənistana olacaq. İndiki hədəf Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və sonra da altıtərəfli münasibətlərin Qafqazda sabitliyi təmin etməsidir”.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı