hemle

Vətəndaşlarla kobud davranan rəis işdən çıxarıldı

Tarix:23-12-2021, 10:34
Baxış Sayı:190

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov paytaxt rayonlarından birinin yol polisi rəisini vəzifəsindən azad edib.

hemlemedia.az xəbər verir ki, V.Eyvazovun əmri ilə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Onun vətəndaşlarla mütəmadi olaraq kobud rəftar etməsi haqda DİN rəhbərliyinə çoxlu şikayət daxil olub. Daxili araşdırma nəticəsində nazirin əmri ilə M.Fətəliyev vəzifəsindən azad olunub.

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?