hemle

“Azərbaycanla avtomobil əlaqəsini bərpa edəcəyik” - Paşinyan

Tarix:21-12-2021, 14:58
Baxış Sayı:230

"Azərbaycanla avtomobil əlaqəsini bərpa etmək imkanı yaranıb".

hemlemedia.az erməni KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olarkən səsləndirib.

“Əgər biz Ermənistanla Azərbaycan arasında yol əlaqəsi üzrə razılığa gələ bilsək, bu layihə əhəmiyyətli dərəcədə dəyişəcək, Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək”, - deyə Baş nazir deyib.

Paşinyan onu da xatırladıb ki, o, artıq İlham Əliyevlə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı prinsipial razılıq əldə edib.

Eyni zamanda, baş nazir regionda dəmir yollarının inkişafının Gürcüstanın maraqlarına mənfi təsir etməyəcəyini əmin edib.

Digər xəbərlər
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar
09:58 Minatəmizləmə işi bitdi: Ermənistan bu kəndin qaytarılmasına hazırlaşır
09:53 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür