hemle

Belarusdan Azərbaycana TƏŞƏKKÜR

Tarix:16-12-2021, 19:12
Baxış Sayı:255

Belarusun Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində dəstəyinə görə təşəkkürünü ifadə edib.

Bu barədə Belarus XİN-dən Trend-in müraciətinə cavab olaraq bildirilib.

Qeyd olunub ki, suverenlik və müstəqillik anlayışlarının dəyərini gözəl başa düşən qardaş Azərbaycana ölkəmizi beynəlxalq arenada ardıcılı və kompromissiz şəkildə dəstəklədiyinə görə təşəkkürümüzü bildiririk. Bakı növbəti dəfə özünü beynəlxalq hüquq normalarına uyğun olaraq öz xarici siyasi prinsiplərinə sadiq qalan məsul və müstəqil iştirakçı kimi nümayiş etdirdi.

Qurumdan qeyd ediblər ki, Belarusu "Şərq tərəfaşlığı" üzv ölkələrilə Aİ-nin siyasiləşmiş təşəbbüsü deyil, ilk növbədə, ümumi tarix, xalqların yaxın dostluğu, qarşılıqlı səmərəli ticari-iqtisadi əməkdaşlıq, MDB məkanında konstruktiv əməkdaşlıq bağlayır.

"Əlbəttə, biz Şərq Tərəfdaşlığı sammitində dost dövlətlərdən anti-Belarus açıqlamaları və addımları birmənalı şəkildə pisləməsini gözləyirdik. Gənc post-sovet ölkələrinin tarixi dəfələlə göstərib ki, geosiyasi vəziyyətdən və Avropa bürokratiyasının əhvalından asılı olaraq istənilən bayraq altındakı yer boş qala bilər", - nazirlikdən deyiblər.

Qeyd edək ki, Azərbaycan Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə qəbul edilən bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb.

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?