hemle

İpoteka Fondundan vətəndaşları SEVİNDİRƏCƏK XƏBƏR

Tarix:16-12-2021, 09:29
Baxış Sayı:194

Hazırda mənzil fondunda lazımi qədər mənzil mövcuddur və əlavə təlabat yaranarsa, vətəndaşların istəkləri nəzərə alınmaqla yeni mənzillər alına bilər.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Bildirilib ki, bu günədək kirayə mənzil mexanizmi çərçivəsində 1242 mənzil vətəndaşlara təhvil verilib.

"Fond tərəfindən vətəndaşlarla müxtəlif kommunikasiya vasitələri ilə mütəmadi sorğular (1549 Çağrı mərkəzinə edilən zənglər, ASAN Xidmət mərkəzlərində vətəndaşlarla keçirilən görüşlər) həyata keçirilir və həmin sorğular təhlil olunaraq, vətəndaşların yaşayış sahələrinə dair istək və tələbləri öyrənilir. Bu sorğular nəzərə alınmaqla Fond tərəfindən hazırda artıq 8 fərqli ünvanda Bakı şəhərində (Xətai ray – Gəncə pr, Lütfi Zadə küçəsi, Nizami ray – M.Abbasov küçəsi), Sumqayıt şəhərində (Sülh və Bulvar küçələri) və Abşeron rayonunda vətəndaşlara mənzillər təklif olunmaqdadır" - deyə, məlumatda qeyd olunub. (trend)

Digər xəbərlər
17:40 Taksilərdə yeni tələblər - Dəyişikliklər var
17:37 Onlar ölkədən çıxa bilməyəcək
17:35 Pensiya alanların nəzərinə - Dəyişiklik edilir
17:28 Bu həkimlər 9000 manat cərimələnəcək
17:21 Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda
17:19 Kirayə qalanlara ŞAD XƏBƏR
17:11 Qanunsuz abort və süni mayalanmaya görə cəzalar sərtləşdirilir
17:05 Aİ liderləri Azərbaycanla Ermənistanı təbrik etdi