hemle

Lirənin ucuzlaşması manata təsir edəcək? - Deputatdan AÇIQLAMA

Tarix:13-12-2021, 17:28
Baxış Sayı:261

"Türkiyə əsas ticarət tərəfdaşımızdır. Həmçinin, qardaş dövlətdir. Lirənin ucuzlaşması Türkiyə iqtisadiyyatına müəyyən qədər ziyan vurur".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, lirənin ucuzlaşması manata ciddi təsir etməyəcək.

Lirənin ucuzlaşmasının səbəblərinə gəlincə, Milli Məclisin üzvü qeyd edib ki, buna müəyyən siyasi qərarlar öz təsirini göstərir.

"Ola bilər ki, kənardan müəyyən müdaxilələr var və s. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərmanı ilə Xəzinə və Maliyyə naziri Lütfi Elvan vəzifədən azad edilib. Onun yerinə Nureddin Nebati təyin edilib. Tədbirlər həyata keçiriləcək ki, lirə əvvəlki vəziyyətinə qayıtsın.Türkiyə bizim əsas qardaş dövlətimizdir. Türkiyənin sabitliyi bizim üçün çox vacibdir".

Qeyd edək ki, türk lirəsi növbəti dəfə ucuzlaşıb və bir dollar 14 lirə səviyyəsini keçərək antirekordu yeniləyib. Valyuta birjasında bazar ertəsi başlayan hərracların məlumatlarına əsasən, hazırda məzənnə 14,5-14,8 lirə arasında dəyişir. Ötən həftə birjalarda həftəsonu 1 dollar 13,85 lirəyə bağlanmışdı.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu