hemle

Əməkhaqları və pensiyalar nə qədər artacaq? - RƏQƏMLƏR AÇIQLANDI - VİDEO

Tarix:11-12-2021, 10:48
Baxış Sayı:242

Gələn il yanvarın birindən həm dövlət, həm də özəl sektorda çalışan şəxslərin əməkhaqları 20 faizdən az olmayaraq artırılacaq.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Xəzər Xəbər''ə müsahibəsində deyib.

O bildirib ki, artıq 2022-ci ilin dövlət büdcəsi zərfi təsdiq olunub. Zərfə daxil olan sənədlərdən biri də minimum əməkhaqqının artırılması ilə bağlıdır.

Sənədə əsasən, gələn ildən minimum əməkhaqqı mövcud 250 manatdan 300 manata çatdırılacaq.

Musa Quliyev deyib ki, minimum əməkhaqqının artması ilə əlaqədar olaraq muzdlu əməkhaqqı çərçivəsində, yəni, vahid tarif cədvəli üzrə çalışan bütün işçilərin aylıq maaşı artacaq.d - 00:06

Bir sözlə, bütövlükdə əməkhaqqının vahid tarif cədvəli üzrə artması həm dövlət sektoru, həm də özəl sektoru əhatə edəcək.

Musa Quliyev onu da qeyd edib ki, gələn il cari illə müqayisədə orta aylıq əməkhaqqı 65 manat artaraq 807 manata çatacaq. Eyni zamanda, orta aylıq əməkhaqqının artması imkan verəcək ki, bütün növ pensiyaların məbləği təxminən 7-8 faiz yüksəlsin.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?