hemle

İcra şöbəsinin sabiq əməkdaşı 40 min manatdan çox pul mənimsəyib

Tarix:10-12-2021, 14:49
Baxış Sayı:207

Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləmiş Razim Əliyevin qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş material və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanmışdır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, ibtidai istintaqla Razim Əliyevin 2019-2020-ci illər ərzində həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını mənimsəməsinə, ümumilikdə 7 nəfər şəxsin cəmi 40 min 600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Razim Əliyevə Cinayət Məcəlləsinin 178.2 (dələduzluq- öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq