hemle

Sabiq direktor 30 minlik dələduzluq edibmiş

Tarix:8-09-2021, 09:42
Baxış Sayı:267

Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktoru Samirə Əkbərovanın qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, Samirə Əkbərova həmin məktəbin direktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyinin işə qəbulla bağlı müəyyən edilmiş qaydalarından kənar ayrı-ayrı vətəndaşlara onları həm özünün direktoru olduğu orta məktəbə, həm də digər təhsil müəssisələrinə xeyli miqdarda pul müqabilində müəllim, kitabxana müdiri və sair vəzifələrə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, həmin vətəndaşların 30 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Samirə Əkbərovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (xeyli miqdarda dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər xəbərlər
15:10 Nostradamus və Vanqa 2025-ci il üçün eyni proqnozu verib - Dünyanı nə gözləyir?
15:08 Bu gündən İçərişəhərə giriş qadağandır!
13:37 Rusiya məktəblərində hicaba qadağa qoyuldu
13:26 Vətən müharibəsinin 31-ci günü: Ermənistan Bərdədə terror törədir
13:17 Ermənistanın Qarayusifli kəndində törətdiyi terrordan dörd il ötür
13:15 2000 metrdən çox yüksəklikdəki İTİRİLMİŞ ŞƏHƏRLƏR - İpək Yolu anlayışı dəyişir
13:12 Miqrenlə bağlı XƏBƏRDARLIQ: "Adi baş ağrısı deyil"
13:10 Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI