hemle

Azərbaycanda məktəbə hücum edildi - FOTOLAR

Tarix:10-12-2021, 14:34
Baxış Sayı:278

Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.

hemlemedia.az ın APA-ya istinadən məlumatına görə, hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib. Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.

Tərtər rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov sayta açıqlamasında deyib ki, bu barədə rayon şöbəyə heç bir məlumat verilməyib: “Sizin müraciətiniz əsasında məlumat almışıq və dərhal araşdırma aparılması üçün göstəriş verilib”.

Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.








Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT