hemle

Komitə sədri dövlət büdcəsinə edilən dəyişiklikləri AÇIQLADI

Tarix:3-12-2021, 14:08
Baxış Sayı:210

“Deputatların təklifləri əsasında 2022-ci ilin dövlət büdcəsi xərclərinin məbləği dəyişməsə də bir sıra maddələrdə dəyişikliklərin edilməsi zərurəti yaranıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 milyon 887,6 min manat azaldılaraq aşağıdakı xərc bölmələri üzrə məbləğlərin artırılması təklif olunur: “76,8 milyon manat sosial müdafiə və sosial təminat xərclərinin artırılması üçün. Bundan sosial müdafiə xərclərinin artımı 76,462 milyon manat, uşaq və ailə dəstək mərkəzinin saxlanılması xərci 337,0 min manat təşkil edəcək.

- 70 milyon 527 min manat hüquq-mühafizə bölməsi üzrə hüquq-mühafizə orqanlarında əmək haqqı, saxlanma, ştatların komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilir.

- 15 milyon 363 min manat rabitə və nəqliyyat bölməsi üzrə dövlət informasiya sistemlərinin və ehtiyyatlarının formalaşdırılması, saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarə edilməsi üçün Hökumət Buludunun fəaliyyəti və nəqliyyat sahəsində tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

- 5 milyon 369 min manat mənzil-kommunal təsərrüfatı bölməsi üzrə Bakı şəhərində və digər rayon və şəhərlərin mənzil-kommunal təsərrüfatı və əsaslı təmiri xərclərinin artırılmasına sərf olunacaq.

- 2 milyon 642 min manat ümumi dövlət xidməti xərcləri bölməsi üzrə. Bundan 1 milyon 500 min manatı yeni rəsmilləşdirilmiş üzvlük haqları üzrə öhdəliklərə (yeni yaradılmış “Türk Mədəniyyəti və İrsi Fondu”na və “Türk Akademiyası”), 942,0 min manatı əmək haqqı xərclərinin artırılmasına, 200,0 min manatı qeyri-maddi aktivlərin alınmasına yönəldiləcəkdir.

- 1 milyon 750 min manat mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət bölməsi üzrə artıma yönəldiləcəkdir və mədəniyyət-informasiya sahəsində subsidiya həcminin artırılması ilə bağlıdır.

- 437 min manat ətraf mühitin mühafizəsi bölməsinin artımına yönəlir. Bu da Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqəlidir.

Nəticədə icmal büdcənin gəlirləri və xərcləri müvafiq olaraq 27 milyard 685 milyon manat və 32 milyard 914 milyon manat təşkil edəcək. İcmal büdcənin kəsiri isə dəyişməyərək 5 milyard 229 milyon manat səviyyəsində qalacaq.

Buna müvafiq olaraq qanun layihəsinin 15-ci maddəsində (icmal büdcənin xərclərinin yuxarı həddi) 32 milyard 906 milyon 390 min manat rəqəmi 32 milyard 914 milyon 390 min manat rəqəmi ilə əvəz edilməsini təklif olunur”.

Digər xəbərlər
09:27 Astma xəstəliyinin yeni müalicə üsulu kəşf edildi - 50 il sonra...
09:19 Əcnəbilər bu il ölkəmizdə nə qədər pul xərcləyib?
09:16 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 3 il ötür
09:13 Bu universitetlərdə 9 ixtisasla bağlı qərar verildi
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR