hemle

"Komandamda yorğunluq gördüm" - Qurban Qurbanov

Tarix:29-11-2021, 20:43
Baxış Sayı:241

"Yaxşı komandaya qarşı oynadıq. Bu il tam fərqli "Qəbələ" görürük. Bu gün də tam göstərdilər ki, liderlər sırasında yer almağa layiqdirlər. Çox istəkli idilər".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasında yorğunluq gördüyünü söyləyib: "Açığı, belə bir halın yaşanacağını gözləyirdim. Həm UEFA Konfrans Liqasındakı son oyundan, həm də bu ilki qrafikimizdən sonra futbolçular yorğunluğu hiss etməlidir. Buna baxmayaraq, yaxşı mübarizə apardılar, güclərini meydanda ortaya qoydular. Hər bir halda 1 xal qazandıq".

Sonda "Qəbələ"yə uğurlar arzu edən Qurbanov komandaya stadionda dəstək olan azarkeşlərə təşəkkürünü bildirib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı