hemle

Bir neçə kliniki ölüm keçirən əməkdar artist sağaldı

Tarix:27-11-2021, 12:47
Baxış Sayı:275

Avtomobil qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə ağır vəziyyətdə gətirilən, əməliyyat zamanı bir neçə dəfə kliniki ölüm keçirən əməkdar artist Elizbar Osmanov sağalıb.

Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, oktyabrın 26-da Mərkəzə gətirilərkən kəllə-beyin travması almaqla yanaşı, ağciyəri, qaraciyəri və digər orqanları da ciddi zədə görmüş əməkdar artist təcili olaraq əməliyyata alınıb.

E.Osmanovun vəziyyəti ağır olsa da, həkimlər onun həyatını xilas edə biliblər və bu gün o tam sağalaraq, evə buraxılıb.

Xatırladaq ki, əməkdar artist Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verən qəza nəticəsində ağır xəsarətlər almışdı.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə "Əməkdar artist” fəxri adı verilib.

Digər xəbərlər
21:28 İranda ölənlərin sayı 36-ya çatdı
21:21 Ölüm gətirən qaz sobaları - Bu səhvləri etməyin
21:15 Şokedici kəşf: Vitaminlər xərçəng şişlərinin böyüməsini sürətləndirə bilər
21:10 Pezeşkian sabah Azərbaycana gəlir
21:07 Sabah Xocalıya köç olacaq
21:05 Rəsmi iş yeri olmayanlar necə ev ala bilərlər? - Bu qayda ilə...
20:58 Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
20:56 Tramp Vatikanda Makrona hansı qadağanı qoyub? - Dodaq oxuyan SİRLƏRİ AÇDI