hemle

Makron niyə Azərbaycana təzyiq göstərməyə çalışır?

Tarix:24-11-2021, 18:48
Baxış Sayı:231

44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı zamanlarda ATƏT-in həmsədrlərindən biri olan Fransanın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyi məlumdur. Fransanın hazırkı hakimiyyəti təəssüflər olsun ki, yenə də bu siyasəti davam etdirir. Prezident Emanuel Makron müxtəlif üsullarla Azərbaycana təzyiq göstərməyə çalışır, müharibə dövründə və hazırda Ermənistanın maraqlarına qulluq edir. Erməni lobbisinin əlində alətə çevrilən fransız siyasətçilər Fransanın Avropa ölkəsi kimi dəyərini azaltdıqlarının, onun erməni klanına xidmət edən ölkə kimi qələmə verilməsinin fərqində deyillər.

"Qafqazinfo"nun məlumatına görə, Makron özü də bu siyasətin davam etdirilməsində maraqlı görünür. Makron daha çox transmilli, “elektron dövlət” modelini dəstəkləyən sima kimi tanınır. Ona görə də ölkədə nüfuzu gündən-günə düşür. O fəaliyyəti ilə sübut edir ki, erməni lobbisinin maraqlarına xidmət edir, milli dövlət maraqlarını erməni maraqlarına qurban verir.

Hələ ötən ilin noyabrında Fransa Senatında “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” ilə bağlı layihəyə səs verildi. Halbuki Fransa Senatı erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalı idi.

Rəsmi Paris tərəflər arasında münaqişədə ən ziddiyyətli məqam sayılan Qarabağın "statusu" məsələsinin artıq Azərbaycan sərhədləri çərçivəsində həll edildiyini bildiyi halda əldə edilmiş razılıqla qane olmayaraq özünü guya ermənilərin halına yanan kimi göstərmək istədi.

Son dövrlər Fransanın rəsmi strukturları tərəfindən Azərbaycana doğru ünvanlanmış müsbət jestlərin də ömrü çox çəkmədi.

Makron niyə Azərbaycana təzyiq göstərməyə çalışır?

Bu günlərdə Qarabağda hazırda da mövcudluğunu davam etdirən ünsürlərin noyabrın 15-19-da Fransaya səfəri və bu ölkənin ayrı-ayrı ərazi vahidləri ilə əlaqələr qurmaq cəhdləri, isti qarşılanmaları heç bir hüquqi əsası olmayan və Fransanın özünün qanunlarına zidd haldır. Hələ 2019-cu ildə qondarma “DQR”lə Fransanın bəzi əyalətləri arasında imzalanmış “sənədlər” Fransa məhkəmələri tərəfindən ləğv edilib.

Elə Fransa senatının bu qərəzli mövqeyi Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputatlar tərəfindən sərt tənqid edilib. Deputat Qüdrət Həsənquliyev çıxışında Fransanın həmişə müsəlman və türklərə qarşı riyakar siyasəti ilə fərqləndiyini vurğulayıb: “Bu ölkədən soruşmaq lazımdır ki, Donbassda olan separatçıları niyə qəbul etmirsiniz?! Separatizmə dəstək olmağın adı nədir? Ləyaqət davası edən dövlət niyə ləyaqətsiz çıxış edir? Onların riyakar mənəviyyatsız siyasəti müharibədə canların getməsinə səbəb oldu. Azərbaycan özünü ifşa etmiş bir ölkəni Minsk qrupundan kənarlaşdırmalıdır".

Deputat Fazil Mustafa isə qeyd edib ki, Fransa 44 günlük məğlubiyyətin acısını Ermənistan qədər yaşayan bir dövlətdir: "Azərbaycan hər dəfə nota verəndə deyirlər ki, seperatçıları qəbul etmək ayrı-ayrı şəxslərin, ictimaiyyətin tələbidir. Fransada Donbassın nümayəndəliyini açmışdı. Qərb dövlətlərinin təzyiqi ilə nümayəndəliyi bağladı. Amma erməni separatçıları ilə bağlı bu addımlar atılmır. Qarabağdan xaricə erməni separatçıları gedəndə Azərbaycan hüquq-mühafizə orqanlarında araşdırma aparılmalıdır. Hansı ölkə onları qəbul edəcəksə, bu terrorizm kimi qəbul edilməlidir".

Nəticə etibarilə Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli, ortada rəsmi Parisin konkret mövqeyi var və bu qanunazidd hallara görə məsuliyyəti də məhz Fransanın rəhbərliyi daşıyır. Yaxşı olardı ki, Fransa Yeni Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna dair beynəlxalq ictimaiyyətə izahat versin.

Fransa eyni zamanda milyonlarla müsəlmanın hüquqlarının pozulduğu, diskriminasiyaya məruz qaldığı bir ölkə kimi də tanınır və özünü guya haqqın tərəfdarı kimi təqdim edir. Fransa legionunun Afrika qitəsində törətdiyi soyqırımlar mövzusu süni şəkildə qapadılır, əvəzində isə “erməni soyqırımı”, “Qarabağdakı ermənilərin hüquqları”, “Azərbaycanın Ermənistana qarşı təcavüzü” kimi qondarma məsələlər gündəmə gətirilir.

Onu da bildirək ki, bu günlərdə “TRT World”ün efirində Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən “Zavod: Gizli Fransız Əməliyyatı” adlı sənədli filmi nümayiş olunub. Bu filmdə Azərbaycan və Türkiyənin uğurlarından qıcıqlanan rəsmi Parisin qeyri-rəsmi olaraq türklərə qarşı illərdir vuruşan İŞİD və PKK yaraqlılarını maliyyələşdirdiyi barədə faktlar təqdim edilib. İki il ərzində araşdırmalar yarım milyona yaxın sənəd üzərində aparılıb. Bəlli olub ki, Fransanın nəhəng “Lafarge” sement şirkəti Fransa kəşfiyyatının İŞİD və başqa terror təşkilatlarını maliyyələşdirib. Pulun Fransadan terrorçulara axıdılması indiki Prezident Emmanuel Makronun iqtisadiyyat naziri olduğu dövrdən başlayıb. Bütün əlaqələr də məhz həmin dövrdə qurulub. “Lafarge” şirkəti 2010-cu ildən Suriya bazarında fəaliyyət göstərir, bu ölkədə zavod inşa edib. Həmin zavod Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində tikilib. Filmdə maliyyənin məbləği də açıqlanır və qeyd olunur ki, ötən illər ərzində şirkət təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürüblər.

Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti