hemle

Bakıdakı aksiya ilə bağlı - Rəsmi açıqlama

Tarix:19-11-2021, 14:01
Baxış Sayı:247

Bu gün səhər saatlarında bir qrup şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.

Onlar hüquqlarının pozulduğunu bildirərək nazirliyin qarşısına toplaşıblar. Etirazçılar arasında əlilliyi olan şəxslər də olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aksiya iştirakçıları arasında saxlanılanlar var.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, həmin şəxslərdən saxlanılan olmayıb: “Saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar nazirliyin önünə toplaşıb. Onlara nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb”.
Bakıdakı aksiya ilə bağlı - Rəsmi açıqlama

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı