hemle

Hava pisləşəcək, temperatur aşağı düşəcək - XƏBƏRDARLIQ

Tarix:8-11-2021, 18:52
Baxış Sayı:236

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.

Noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək. Havanın temperaturu 11-də ötən günlərlə müayisədə 5-10° aşağı enəcək.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı