hemle

“Əliyev mənə onu bir daha ölkəyə buraxmayacağını dedi”

Tarix:27-10-2021, 15:20
Baxış Sayı:255

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı səfirlər mövzusunu da müzakirə edib.

Bu barədə Türkiyə Prezidenti Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman məlumat verib.

Ərdoğan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və bəzi dairələrin 10 ölkənin səfirliklərinin hazırda həbsdə olan iş adamı Osman Kavalanın azadlığa buraxılması ilə bağlı bəyanatına dair açıqlamalarını tənqid edib.

“Bunlardan biri də keçmişdə Bakıda səfir olaraq çalışıb, indi də CHP-də guya siyasətlə məşğuldur. İlham bəylə danışarkən o belə “Mən bu adamı bir daha bu qapıdan içəri buraxmaram” dedi. Çünki o, Azərbaycana da xəyanət etdi. Sən ilk olaraq səfir olduğun ölkənin siyasətinə hörmət etməyi öyrən. Bu adam bunu öyrənmədi. İndi də təsadüfi olaraq siyasətlə məşğuldur. Siyasətçilik və səfirlik başqa bir şeydir”, - deyə Ərdoğan qeyd edib.

Digər Türkiyə KİV orqanları həmin şəxsin 2001-2004-cü illərdə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini yerinə yetirən Ahmet Ünal Çeviköz olduğunu yazıb.

Anadolu Agentliyi

“Əliyev mənə onu bir daha ölkəyə buraxmayacağını dedi”

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ