hemle

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 1 il ötür

Tarix:21-10-2021, 07:51
Baxış Sayı:239

Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.

2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.

Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 25-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun, o cümlədən Mincivan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.


Bundan başqa, 2020-ci ilin noyabr ayının 8-də Mincivan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin sərhəd zastavasının açılışı olub. Burada Azərbaycan Dövlət bayrağı ucaldılıb və sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb.

2021-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Zəngilan rayonunun Mincivan qəsəbəsində səfərdə olublar.

Hazırda Mincivan qəsəbəsinə yeni dəmir yolu çəkilir. Horadiz qəsəbəsində Horadiz-Ağbənd dəmir yolunun təməl daşı qoyulub. Bu dəmir yolu Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə etməklə 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımını təmin edib.

Qeyd edək ki, Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.

Mincivan qəsəbəsi 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası olub. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib, dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurub.

Qarabağ Azərbaycandır!

Digər xəbərlər
10:15 Bu gün Şağan qəsəbəsində işıq olmayacaq
10:13 Ağdam məscidində 31 ildən sonra camaat namazı qılınacaq
10:09 İlham Əliyev bu yolun açılışını etdi
10:07 Bakıda bu binalara istilik verilməyəcək
10:02 Tramp Ukrayna ilə bağlı yeni plan təqdim etdi: Kiyev razılaşacaq?
10:00 Qarabağ Universitetinə yeni prorektor təyin olundu
09:56 Rusiya türkləri deportasiya edir: Əvəzində bu ölkədən işçilər cəlb edəcək
09:43 Hansı halda uşaqda temperaturu salmaq olmaz? Həkimdən xəbərdarlıq