hemle

Avtobusla rayona gedənlərin DİQQƏTİNƏ! - Biletlərlə bağlı YENİLİK

Tarix:8-10-2021, 14:21
Baxış Sayı:279

"Onlayn bilet sifarişinin cari gündə yola düşən reyslərə də şamil edilməsi reallaşdırılıb”.

Bunu Sfera.az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O, artıq çoxsaylı vətəndaş müraciətlərinin nəzərə alındığını vurğulayıb.

"Vətəndaşlar "avtovagzal.az” saytına daxil olmaqla, növbəti 10 günə gediş bileti sifariş edə bilirdilər. Bu dəyişiklikdən sonra onlar cari günə - yəni bu günə də gediş bileti sifariş edə biləcəklər. Gediş bileti sifariş edilərkən, sərnişinin avtovağzala gəlib çatması və digər faktorları nəzərə alaraq, istifadəçiyə seçim üçün növbəti 3 saatdan sonrakı müntəzəm reyslər təqdim edilir”, - deyə qurum rəsmisi əlavə edib.

Digər xəbərlər
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq
18:57 10 gün iş olmayacaq
18:55 Qaz olmayacaq - Saat 10:00-dan
18:51 Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı