ABŞ-ın Hudson İnstitutu Siyasi-Hərbi Analitika Mərkəzinin baş elmi tədqiqatçısı Michael Doran Azərbaycan Prezidenti İlham Əliyevin İrana verdiyi cavabı çox bəyənməyindən yazıb.
Sfera.az bildirir ki, siyasi şərhçi hətta ABŞ prezidenti Co Baydenin İlham Əliyevdən nümunə götürməli olduğunu vurğulayıb.
"Azərbaycanı niyə çox sevirəm? İran onu hədələyir, sərhədində qoşun toplayaraq İsraillə hərbi ittifaqını pozmasını tələb edir. Prezident İlham Əliyev isə İsrailin PUA-sı ilə fotoşəkil çəkdirərək buna cavab verir. İrana bu şəkildə düzgün cavab vermək olar. Baydenin komandası bundan nümunə götürməlidir", - deyə M.Doran əlavə edib.
Qeyd edək ki, Michael Doran Yaxın Şərq məsələləri üzrə təhlilçi, ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü və Amerikanın eks-prezidenti Corc V. Buş zamanı Müdafiə Nazirliyinin Diplomatiya üzrə müavini olub.