hemle

Vilayət Eyvazov Səbailə polis rəisi təyin etdi

Tarix:6-10-2021, 10:02
Baxış Sayı:324


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Səbail Rayon Polis İdarəsinə yeni rəis təyin edib.

hemlemedia.az xəbər verir ki, nazirin əmri ilə Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilərək Səbail RPİ-yə rəis təyin edilib.

H.Qasımov daha əvvəl Sumqayıt RPİ-nin rəis müavini, ondan öncə isə paytaxtın Nərimanov Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi olub.

Qeyd edək ki, Səbail RPİ-nin rəisi, polis polkovniki Cavid Muradov avqust ayında tutduğu vəzifədən azad edilərək Bakının Sabunçu rayonuna rəis təyin edilib.
Fotoda: Cavid Muradov
Vilayət Eyvazov Səbailə polis rəisi təyin etdi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı